Çərşənbə , Aprel 30 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı milli fəalı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim yenicə həbs etdiyi azərbaycanlı milli fəalı məhkəməyə çağırıb.

Tehran İnqilab Məhkəməsi tərəfindən azərbaycanlı milli fəal Salar Tahir Əfşara göndərilən çağırışa görə, 5 gün ərzində hökmün icrası üçün məhkəməyə gəlməsi tələb olunub.

Qeyd edək ki, fevralın 18-də molla rejimin ETTELAAT qüvvələri gənc azərbaycanlı fəalın Urmiyadakı iş yerinə basqın edərək, onu həbs ediblər.

Molla rejimi Salar Tahir Əfşara daha öncə “daxili və xarici təhlükəsizlik əleyhinə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzası verib.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …