
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona çatdırılmasına mane olub. Kərim İsmayılzadənin ürək və mədə dərmanlarını çatdırmaq üçün Təbriz zindanına gedən Kərim Bökserin ailəsi Təbriz həbsxanası məsullarının qeyri-ənənəvi və pis davranışı ilə üzləşib və onun dərmanlarını çatdıra bilməyiblər
Qeyd edək ki, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, tanınmış idmançı Kərim İsmayılzadəni aprelin 17-də həbs edərək, 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına köçürüb.
Ətraf mühit fəalı Kərim İsmayılzadə bundan öncə Təbrizin İnqilab Məhkəməsi tərəfindən “insanları sosial mediada zorakılığa təhrik və dəvət etmək”də təqsirləndirilmişdi.
Kərim İsmayılzadə bir müddət əvvəl Urmiya gölündə törədilən ekoloji fəlakət və İran hökumətinin problemə etinasızlığı ilə bağlı çıxışlarından sonra yenidən basqılara məruz qalmışdı.
Azərbaycanlı fəal, ekoloji problemə diqqət cəlb etmək üçün “Urmu və Araz üçün birlik” adı altında kampaniya da başlatmışdı.
Azərbaycanlı idmançı və fəal bu fəaliyyətinə görə 6 ay həbs cəzasına məhkum edilib, bununla yanaşı, Təbriz prokuroru ona daha ağır cəza verilməsini istəyirdi. O, dəfələrlə milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.