Şənbə , Avqust 15 2026
azfa

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək Mirzayi, Əli Vasiqi və Əsgər Əkbrzadənin vəziyyəti və ittihamları barədə ailələrinə məlumat verilmir.

Məhbusların vəziyyəti ilə bağlı əlaqədar dövlət qurumlarına müraciətlər cavabsız qalıb. Bu isə fəalların İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) tapışırığı əsasında və qanunsuz olaraq həbs edilmələri barədə ehtimalları gücləndirir.

Xatırladaq ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.

Barələrində ittiham irəli sürülmədən həbs edildiklərinə qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına etiraz olaraq, fəallar bir neçə gün aclıq aksiyası keçiriblər.

Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülsələr də, qaraciyər xəstəliyindən əziyyət çəkən Əsgər Əkbərzadə istintaq təcridxanasında saxlanılır.

Hər üç fəal bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs ediliblər.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …