Cümə axşamı , İyul 16 2026
azfa

Molla rejimi həbs etdiyi xeyriyyəçi azərbaycanlı idmançının maşınını müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadəni (Kərim Boksor) yaxaladıqdan on gün sonra azərbaycanlı fəalın şəxsi  avtomobilini də müsadirə edib.

Molla rejiminin təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın ailəsinə də ciddi təzyiqlərə başlayıb. Milli fəalı və ailəsini psixoloji təzyiq altında saxlamaq istəyən İranın hüquq-mühafizə orqanlarının əməkdaşları İsmayılzadənin evinə vəhşicəsinə hücum edib və ailə üzvlərini qorxutmuşlar. Nəticədə fəalın kiçik qızı Tamayın ruhi cəhətdən ağır vəziyyətə düşüb.

Qeyd edək ki, son aylarda dəfələrlə həbs edilən milli fəal aprel 27-də Təbriz şəhərində yaxalanıb. Azərbaycanlı fəal yaxalanmamışdan öncə rejimin terrorçu sepahı və mollaları vasitəsilə Çindən gətirdikləri koronavirusu Azərbaycanda yayıb acınacaqlı vəziyyət yaradıqlarını görüb yoxsul ailələrə yardım dağıdıb və küçələri dezinfeksiya etməyə başlamışdır. Bu isə cinayətkar rejimi daha da qəzəbləndirib və onu yenidən yaxalayıblar.

Kərim İsmayılzadə bundan öncə isə fevral 27-də rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında şərlənərək “ictimai rəyi çaşdırmaq” ittihamı ilə yaxalanmışdır. İsmayılzadə fevral ayında keçirilən parlament seçkiləri zamanı mühacir kürdlərin Qərbi Azərbaycan şəhərlərindən məclisə seçilməsinin qarşısını almaq üçün əhalini azərbaycanlı namizədlərə səs verməyə səsləmişdi. Bu da rejimi qəzəbləndirmiş və vali vasitəsilə şərləyib yaxalamışdılar.

Həmçinin yoxlayın

Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı hədələdi: İnfrastruktura hücum ediləcəyi təqdirdə, regiondakı bütün infrastruktur hədəfə alınacaq

GADTB: İrqqi fars-molla rejimin Silahlı Qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə və müharibənin idarə olunmasına cavabdeh olan Xatəmül-Ənbiya …

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Bir cavab yazın