GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvini 178 gündür Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.
Azərbaycanlı fəal bir neçə gün əvvəl məhbusların acınacaqlı vəziyyətdə saxlanıldığı həbsxananın “işçi” bölməsinə köçürülüb.
Tahir Nəqəvi ETTELAAT qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edərək iyun ayının 13-dən aclıq aksiyasına başlayıb, bir ay ac qalan fəal vəziyyətinin ağırlaşmasından sonra aksiyanı dayandırmışdır.
Qeyd edək ki, 5 aydan çox Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.
O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.
Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.