Şənbə , Oktyabr 3 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəallara məcburi etiraflar almaq üçün təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi həbs etdiyi azərbaycanlı fəallara məcburi etiraflar almaq üçün təzyiq göstərir.

Rejim artıq həbs etdiyi fəallara etiraf almaq üçün ağır işgəncələr verir. ETTELAAT qüvvələri məhbusların həyat yoldaşlarına, atalarına, analarına, uşaqlarına təzyiq göstərməklə onların iradəsini qırmağa, saxta etiraflar almağa çalışırlar.

Ölkə iqtisadiyyatının kritik vəziyyətində rejimin ETTELAAT qüvvələrinin müxtəlif üsullarla məhbuslara qarşı tətbiq etdiyi başqa bir məsələ də iqtisadi təzyiqdir. Etibarlı mənbələrin verdiyi xəbərlərə görə, onlar məhbusların bəzilərinin işəgötürənlərini, ev sahiblərini işdən çıxarmaq və ya icarə müqavilələrini ləğv etmək üçün hədələyiblər.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikası rejimi süqut edəcək və İrandakı insanlar azad olacaqlar

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ-ın yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Kemp-Deviddə İranla bağlı məxfi görüş keçiriblər

GADTB: Axios üç ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək …