Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəallardan 3 nəfərini girov qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Əli Babayi, Cavad Sudbər və Salar Tahir Əfşar dünən rejimin Təbrizdəki mərkəzi zindanında girov qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Azərbaycanlı fəallar Əli Babayi, Cavad Sudbər və Salar Tahir Əfşan məhkəmə prosesinin sonunadək  sıra ilə 500 milyon  və 200 milyon tümən girov qarşılığında müvəqqəti zaminə çıxıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi son aylarda çox sayda azərbaycanlı fəalı həbs edib. Onlardan bəziləri girov qarşılığında zaminə buraxılıb, bəziləri hələ də qeyri-müəyyən vəziyyətdə hənsdə saxlanılır. Azərbaycanlı fəal Əli Babayi və Cavad Sudbəri 100 gündən çoxdur həbsdə saxlanılırdı.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …