Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı mili fəal Cavad Fəthlunu zaminə buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı gənc fəal Cavad Fəthlu 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, xoylu fəala qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilməyib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində bir neçə gün davamlı etiraz aksiyası keçirilib və çox sayda azərbaycanlı fəal yaxalanmışdı. Cavad Fəthlunun noyabrın 17-də etiraz aksiyasında iştirak etdiyi üçün həbs edildiyi bildirilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …