Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs etdiyi Səyyad Məhəmmədianın (Ovçu) həyat yoldaşı Rubab Quluzadəni də ETTELAAT İdarəsinə çağırıb.

Molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs olunan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Səyyad (Ovçu) Məhəmmədianın həyat yoldaşı Rubab Quluzadə telefon zəngi ilə Kərəc şəhərinin ETTELAAT İdarəsinə çağırılıb.

ETTELAAT qüvvələri Rubab Quluzadəni həyat yoldaşı ilə bağlı davamlı müraciətlərinə görə təhdid ediblər.

Qeyd edək ki, azərbaycanlı fəal Səyyad Məhəmmədian mayın 15-də səhər saatlarında İranın mülki geyimli ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərindəki evinə basqın zamanı həbs edilmişdi.

Eyni zamanda azərbaycanlı fəalın evi molla rejimin ETTELAAT qüvvələri tərəfindən vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunmuşdu.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …