Molla rejimi helikopter qəzasına görə Azərbaycanın tarixi bölgəsinin adını dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi helikopter qəzasına görə Azərbaycanın tarixi bölgəsinin adınl dəyişir. Rejim İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğradığı yerin adını dəyişdirir.

İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Əli Səlaciqə bu barədə bildirib ki, Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Dizmar ərazisinin adı dəyişdirib “Şəhid cumhur” qoyulur.

Dizmar qoruq ərazisi Şərqi Azərbaycan əyalətinin şimalında Xudaafərin, Vərziğan və Culfa rayonlarının qoruq zonasında yerləşən dağlıq və meşəlik ərazidir.

Mayın 19-da burada İran Prezidenti İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim və başqaları helikopter qəzası nəticəsində həlak olublar.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil döyülərək zindanın karantin bölməsinə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehrandakı Evin zindanında həbsdə saxladığı azərbaycanlı …