Şənbə , İyun 22 2024
azfa

Molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci həbs edib.

Bu gün səhər saatlarında molla rejimin ETTELAAT məmurları Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlik kəndi) şəhərində yaşayan Əkbər Yusifinin evinə hücum edərək, azərbaycanlı ictimai fəalı həbs ediblər.

Azərbaycanlı fəal İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı İnstaqramda paylaşım etdiyinə görə həbs edilib. O, Məlikan şəhərində rejimin ETTELAAT təcridxanasına aparılıb.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Əli Ali-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …