Cümə axşamı , Noyabr 5 2026
azfa

Molla rejimi husilərə hərbi mütəxəssislər göndərib

GADTB: Yəmənin qanuni hökumətinə yaxın mənbələr iyun və iyul aylarında Husi silahlılarının nəzarətində olan ərazilərə 75 İran hərbi mütəxəssisinin gəldiyini bildiriblər.

Bu mənbələr bu mütəxəssislərin Sənaya bir neçə mərhələdə daxil olduğunu və bu əməliyyatın məqsədinin Husilərin hərbi, kəşfiyyat və əməliyyat imkanlarını gücləndirmək olduğunu vurğulayıblar.

Yəmən kəşfiyyat mənbələrinin məlumatına görə, sonuncu qrup, o cümlədən İranın Yəməndəki keçmiş səfiri Məhəmməd Cəlal Firuzniya da daxil olmaqla 25 İran hərbçisindən ibarət olub.

Bu mənbələrə görə, bu qrup, Yəmən hökumət qüvvələrinin təyyarənin Səna hava limanına eniş etməsinə mane olduqdan sonra, 13 iyulda Mahan Air təyyarəsi ilə Hudeida hava limanına gəliblər.

Bildirilib ki, Sepah komandanlığının Sənaya gələn mütəxəssislərinin missiyaları dəniz əməliyyatlarının idarə olunması, raket sistemləri və dronların hazırlanması və Husi milislərinin regional və beynəlxalq müşahidə və ələ keçirmə sistemlərini keçmək imkanlarının artırılmasından ibarət olub.

Bu missiyalara həmçinin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında əməliyyatların idarə olunmasının da daxil olduğu qeyd olunub.

Həmçinin yoxlayın

Türkiyə Prezidenti Cənubi Koreyanın texnologiya və sənaye şirkətlərinin rəhbərlərini qəbul edib

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seulda texnologiya, elektronika, …

Molla rejimi qədim Azərbaycan abidəsini özününküləşdirir

GADTB: İranın Ermənistandakı səfirliyi qədim Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy məscid haqqında videomaterial yayımlayıb. …