Çərşənbə axşamı , İyun 25 2024
azfa

Molla rejimi indiyədək dinc etiraz aksiyasına qatılan 58 nəfərə ölüm qərarı çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi indiyədək dinc etiraz aksiyasına qatılan 58 nəfərə ölüm qərarı çıxarıb.

Bu barədə HRANA İnsan Haqları Agentliyi həmon dinc etirazçıların siyahısını yayıb.

Bildirilir ki, saxlanılan iki etirazçının edamından əlavə, daha 11 nəfər edam cəzasına məhkum edilib və 47 nəfər ölüm hökmü ilə nəticələnə biləcək ittihamlarla qarşılaşıb.

Həbs edilənlərə qarşı “etirazlara rəhbərlik etmək, Baqi, Moharebeh və yer üzündə korrupsiyanın yayılması” kimi ittihamlar irəli sürülüb.

Edam riski ilə qarşılaşan şəxslərdən biri Dana Şibani olmaqla ikisi qadındır. Ədliyyə orqanları tərəfindən hələlik kimliyi açıqlanmayan daha bir qadın Tehranın Ekbatan qəsəbəsində, “Bəsic üzvünün öldürülməsində iştirak” ittihamı ilə həbsdədir. 

Ölümə məhkum edilən və ya ölüm riski ilə qarşılaşan 20 nəfər Tehran vilayətinə, 11-i İsfahan, 7-si isə Sistan və Bəlucistana aiddir. Bundan əlavə Əlborz, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Fars, Gilan və Kirmanşah vilayətlərində edama məhkum edilmiş və ya onlara qarşı ölüm hökmünün çıxarılmasına səbəb ola biləcək ittihamlarla qarşılaşan etirazçılar var.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …