Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi İsraildə törədilən cənayətlərə dəstək nümayişləri təşkil edib, Azərbaycana qarşı bəyanatlar səsləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti müxtəlif şəhərlərində təşkil etdiyi HƏMAS-ın terror aktlarına dəstək aksiyalarında Azərbaycan əleyhinə də təhdidlər səsləndirilib.

Terrorçu SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşılan məlumatlarda həmin fitnəkarlıqlar əks etdirilib.

Oktyabrın 7-i gecə saatlarında SEPAH və “Bəsic” üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb. Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …