Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi Kərim İsmayılzadəni məhkəməyə çağırdı

GADTB: İrqçi fars-molla rejimi ETTELAAT Nazirliyi azərbaycanlı fəal Kərim İsmayılzadəyə zəng edərək, onu Təbrizdə rejimin İnqilab Prokurorluğunun 10-cu şöbəsinə çağırıb.

Məhkəməyə çağırış məhkəmə sistemi vasitəsilə olmalı olduğu halda ETTELAAT Nazirliyi buna əməl etmir və fəallara telefon zəngi vasitəsilə hansı şöbəyə müraciət etməli olduqlarını bildirir.

Bundan başqa, İranın Kəşfiyyat Nazirliyi azərbaycanlı mülki fəalların məhkəmələrinə təsir göstərməklə, kukla hakimlər vasitəsilə onlar üçün süni işlər hazırlayır və onlara hökm çıxarır.

Qeyd edək ki, Kərim İsmayılzadə mülki fəaliyyətinə görə İran rejimi tərəfindən dəfələrlə həbs edilib və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …