
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Mədəniyyət və İslami İrşad Nazirliyi kitabda Azərbaycan adına görə çap icazəsi verməyib.
Rejimin aidiyyəti qurumu faşist və anti-türk addım ataraq Güney Azərbaycandan olan tədqiqatçı professor Rəhim Akbayrağa kitablarının mətnindən Azərbaycan adının çıxarılacağı halda onun yeni kitabının nəşrinə icazə verəcəklərini bildirib.
Rəhim Akbayrak özünün “İnstaqram” hesabında bu barədə paylaşım edərək yazıb: “Nəşriyyata bildiriş göndəriblər ki, yeni kitablarımı çap etmək üçün kitablarımdan Azərbaycan sözünü çıxarmalıyam. Qulağınızın dibini görərsiniz ki, mən belə bir rəzaləti qəbul edim. Onların arqumenti odur ki, həmin tədqiqat dövründə Azərbaycan adı olmayıb. Gülməlidir, səkkiz min il əvvəl Şumer adı olub? Qədim İranın tarixi ilə bağlı minlərlə romana bənzər kitablar yazmısınız, ümumiyyətlə səkkiz min il əvvəl İran adı olub?!…”.
Qeyd edək ki, irqçi fars-molla rejiminin Azərbaycan adı ilə düşmənçiliyi artıq son həddə çatıb və rejim ağlasığmaz addımlar atır.