Çərşənbə axşamı , May 21 2024
azfa

Molla rejimi kürd terrorizmi ilə birgə Güney Azərbaycanda türk yer adlarını kürdləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi terrorizmi ilə birgə Qərbi Azərbaycan əyalətində qədim türk adlarının kürdləşdirir.

Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində Ağbulaq kəndinin adı dəyişdirilərək fars və kürd sözlərinin tərkibi olan “Kani sefid” edilib.

İran hökumətinin qanunlarına əsasən, kənd adlarını dəyişdirmək üçün şəhər başçısının razılığı lazımdır. Bu məsələ nəzərə alınaraq, kəndin qədim adının dəyişdirilməsi və yeni lövhənin quraşdırılması bölgə və şəhər rəhbərliyinin razılığı ilə həyata keçirilib.

Molla rejimi və kürd terrorizminin Azərbaycana qarşı bu fitnəkarlığı yerli sakinlərin narazılığına səbəb olub.

Yerli əhali bununla bağlı dövlət qurumlarına şikayət etsələr də, onlara heç bir cavab verilməyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …