Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Məlikanda daha 11 nəfəri həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikanda daha 11 nəfəri həbs edib.

Azərbaycanlı fəallar Əli Vəkili, Əmin Zarei, Əli Əkbəri, Əlirza Həbibi, Vəhid Dolətxah, Rəsul Əkbəri, Mehdi Rəncbər, Hadi Muxtari, Hüseyn Muxtari, Əli Məhəmməd Baqirnəjad və Məcid Xani son günlər Məlikanda keçirilən etirazlar zamanı yaxalanıblar.

Hələlik fəalların vəziyyəti və harada saxlanmaları barədə məlumat verilmir.

Məlikandan olan tibb öyrəncisi Aylar Həqqinin molla rejiminin məmurları tərəfindən güllələnməsindən sonra əhali Məlikanda etiraz mitinqləri keçirib.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …