
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Əlirza Əsədpuru mayın 25-də Muğan bölgəsinin Biləsuvar şəhərinin Cəfərabad məntəqəsində həbs edib.
Azərbaycanlı fəalı rejimin ETTELAAT qüvvələrinin yaxaladığı bildirilir.
Azərbaycanlı fəal həbs edildikdən sonra naməlum yerə aparılib.
Hələlik azərbaycanlı milli fəalın həbsinin səbəbləri, onun ittihamları və vəziyyəti haqqında heç bir məlumat verilmir.
Qeyd edək ki, azərbaycanlı fəal Əlirza Əsədpurun ixtisasca hüquqşünas olduğu bildirilib.