Şənbə , İyun 22 2024
azfa

Molla rejimi müxtəlif ölkələrdə yetişdirdiyi terrorçularla iclas keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sepah helikopter qəzasında həlak olan İran rezidenti İbrahim Rəisinin dəfn mərasiminə gələn müxtəlif ölkələrdə yetişdirdiyi terrorçu qruplaşmaların başçıları ilə iclas keçirib. Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İclasda Sepah-ın baş komandiri Hüseyn Salami, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani, HƏMAS, İslami Cihad, Fələstinin Xalq Qurtuluş Cəbhəsi, Hizbullah, husilər və İraqda İrana bağlı terrorçu qruplaşmaların nümayəndələri iştirak edib.

İclasda regionda son hadisələr barədə müzakirələr aparıldığı deyilsə də, görüşün təfərrüatı barədə açıqlama verilməyib.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …