Cümə axşamı , May 15 2025
azfa

Molla rejimi Novruz mesajına görə həbsdə saxladığı azərbaycanlı həkimə qadağalar tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Novruz mesajına görə həbsdə saxladığı azərbaycanlı həkimə qadağalar tətbiq edib.

Azərbaycanlı siyasi məhbus və həkim Fərzanə Qarahəsənliyə Məşhəd şəhər həbsxanasından Novruz bayramı ilə bağlı təbrik müaciəti yaydığı üçün iki həftəlik telefon əlaqəsi və 3 aylıq görüş qadağası qoyulub.

Azərbaycanlı siyasi məhbusun vəkili Möhsün Bayat bu barədə məlumat verərək deyib ki, Fərzanə Qarahəsənlinin sinə hissəsində xərçəng kütləsi var və müalicə üçün təcili məzuniyyətə buraxılmalıdır.

Ötən ilin dekabrında əməliyyat olunan azərbaycanlı həkimin məhkəmə-tibb ekspertinin rəyinə baxmayaraq, yenidən həbsxanaya qaytarıldığı bildirilir.

Qeyd edək ki, Həmid və Fərzanə Qarahəsənli İranda 2022-ci il xalq etirazlarında molla rejimin ETTELAAT qüvvələri tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra radikal “Bəsic” üzvünün öldürülməsinə görə saxta ittihamla həbs edilmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …