Çərşənbə axşamı , Avqust 16 2022
azfa

Molla rejimi nüvə silahı istehsalı istiqamətində bütün hədləri aşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran 20% səviyyəsində 17,6 kq zənginləşdirilmiş uran istehsal edib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) açıqlama yayıb.

Bildirilir ki, zənginləşdirilmiş uran fondunu 3 tona qaldıran İran Birgə Hərtərəfli Fəaliyyət Planında icazə verilən səviyyəni 15 dəfə keçib.

Hesabatda agentliyin İran tərəfindən bəyan edilməmiş bir nöqtədə quruma bildirilməmiş nüvə materialının ola biləcəyindən dərin narahatlıq keçirdiyi qeyd olunub. Sözügedən nüvə materialı İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməlidir.

2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İrana 202,8 kiloqram uran ehtiyatı saxlamağa və uranı 3,67% nisbətində zənginləşdirməyə imkan verir.

Həmçinin yoxlayın

İran hökumətinin ideoloqu Azərbaycan barədə hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran mediasında və sosial şəbəkələrdə İran …

Xiyavda Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı; Urmu gölü can verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərində Urmiya gölünün qurudulması …