Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimi özünü təhlükədə görüb geri addım atdı; SEPAH komandanı İrana bağlı yaraqlılardan ABŞ-a qarşı təxribat etməmələrini istəyib

GADTB: “Əş-Şərq Əl-Əvsət” qəzeti xəbər verir ki,  SEPAH-ın Qüds qanasının komandanı İsmayıl Qaani İraqa son səfəri zamanı iraqlı qruplardan Amerika və İsrailin hər hansı təxribatından çəkinmələrini istəyib.

O, ABŞ-nin “Ənsarullah” hədəflərinə hücumlarının tez bir zamanda Bağdada yayıla biləcəyi barədə xəbərdarlıq edib və hər hansı hərbi cavabın qarşısını almaq üçün silahlı hücumların azaldılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Qaani ABŞ və İsrailin maraqlarına qarşı təxribatları dayandırmağı tələb edən iraqlı qruplaşmalara “Xameneyinin mesajını” da çatdırıb. / Azad İran

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …