Cümə axşamı , Noyabr 13 2025
azfa

Molla rejimi pul vahidindən sıfırları götürüb, tümən yox rialaı qəbul etdi

GADTB: İran parlamenti milli valyuta – rialın yenidən denominasiyasını (rialdan sıfırların atılması) nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Pul islahatının məqsədi uzunmüddətli yüksək inflyasiya fonunda maliyyə əməliyyatlarını sadələşdirmək və iqtisadi idarəçiliyi asanlaşdırmaqdır.

Yeni qanuna əsasən, bir yeni rial 10.000 köhnə riala bərabər olacaq, yeni pul vahidi “qiran (geran)” isə rialın yüzdə biri dəyərində müəyyənləşdiriləcək. Köhnə və yeni əskinaslar üç il ərzində paralel şəkildə dövriyyədə qalacaq.

Eyni zamanda molla rejimin məclisi yeni antitürk qərarla tümən pul vahidinə yox ispanolca olan rial pul vahidinin istifadə ediləcəyinə qərar verib.

Qeyd edək ki, bu islahat təklifi ilk dəfə 2019-cu ildə hökumət tərəfindən irəli sürülmüşdü. Lakin uzun müzakirələr və bir sıra düzəlişlərdən sonra parlamentin yekun təsdiqini alıb.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …