Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın “Traxtur” futbol klubunu “Sepahan” komandası ilə oyuna pulsuz bilet verdiyinə görə bir milyard rial cərimə cəzasına məhkum edib.

Məlumata görə, apellyasiya şikayəti verilə bilən bu qərarda “Traxtur” klubu ümumi davranış prinsiplərini pozduğuna, biletləri pulsuz elan etdiyinə və Təbrizin Səhənd stadionunun tutumundan artıq tamaşaçı qəbul etdiyinə görə cərimələnib.

Qeyd edək ki, “Traxtur”un kapitanı Şüca Xəlilzadəyə bu oyunda idmana yaraşmayan hərəkətlərə yol verdiyinə görə yazılı töhmət verilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …