Molla rejimi Qəzvində etiraz aksiyasında qətlə yetirdiyi azərbaycanlı gəncin qardaşını həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim ötən ilin sentyabr ayı etirazlarında Qəzvində güllələdiyi Cavad Heydərinin daha bir qardaşını həbs edib.

Cavad Heydərinin bacısı Fatimə Heydəri bununla bağlı məlumat paylaşıb.

Fatimə Heydəri yazıb: “Qardaşım Cavad Heydərinin öldürülməsindən sonra ailəmizə təzyiqlər davam edir.

Qardaşlarım Məhəmməd, Höccət və Mustafanın həbsindən, mənim işdən qovulmağımdan sonra dördüncü qardaşım Ruhullah Heydəri də təhlükəsizlik məmurları tərəfindən həbs olundu. Onun həbsinin səbəbləri barədə heç bir açıqlama verilmir.

Bütün təzyiqlərə baxmayaraq, öldürülən qardaşımızın qanından keçməyəcəyik”,- bildirib.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində molla rejiminin məmurlarının açdığı atəş nəticəsində həyatını itirmişdir.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …