Şənbə , Noyabr 8 2025
azfa

Molla rejimi qaşqay fəal Xosrov Bahadurini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimi  qaşqayların tanınmış mədəni fəallarından olan Xosrov Bahaduri Qaşqayini 1 il həbsə məhkum edilib.

Şiraz İnqilab Məhkəməsi türk fəalı “hökumət qarşı təbliğat” və “milli təhlükəsizlik əleyhinə əlbir olmaq və toplaşmaq”da günahlandırb.

Bahadurinin həbs cəzasını çəkdikdən sonra 1 il müddətinə ölkədən çıxışına və sosial mediada fəaliyyətində də qadağa qoyulub.

Şiraz Universitetinin siyasi elmlər fakültəsinin öyrəncisi olan Bahaduri 10 mart 2024-cü ildə mədəni tədbirdə saxlanılıb.

Qeyd edək ki, irqçi fars rejim tərəfindən parça-parça edilib bir neçə vilayətə verilən Qaşqayyurdda yaşayan Qaşqay türklərinin sayı 3 milyondan çoxdur. Onlar irqçi fars rejim tərəfindən ciddi müstəmləkə siyasəti və zülmə məruz qalırlar.

Həmçinin yoxlayın

Azərbaycanlı müəllimə həbs cəzası verildi

GADTB: Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan təqüdə çıxmış müəllim və Müəllimlər Birliyinin üzvü …

8 Noyabr – Azərbaycanda Zəfər Günü münasibəti ilə GADTB-nin təbrik mesajı

GADTB: 8 Noyabr – Azərbaycanın Zəfər Günüdür. Bu təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, bütün …