Molla rejimi Qaşqay fəalı məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqayyurdda yaşayan qaşqay türklərinin fəallarından olan Fazil Vəziri prokurorluğa çağırılıb.

Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Fazil Vəziridən 5 gün ərzində barəsində irəli sürülən ittihamlara cavab vermək üçün Şiraz şəhərinin Ümumi və İnqilab Prokurorluğun 14-cü şöbəsinə getməsi istənilib.

Qeyd edək ki, İranın ETTELAAT qüvvələri Vəzirini 6 may 2024-cü ildə Şirazda həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, 5 gün dindirdikdən sonra Adilabad həbsxanasına köçürüblər.

O, “hakimiyyətə müxalif qruplara dəstək və əməkdaşlıqda, toplaşmaq və əlbir olmaqla ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaqda, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq”da günahlandırılıb.

Qaşqay fəal 34 gün saxlanıldıqdan sonra 1 milyard tümən girov qarşılığında sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …