
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irq,i fars-molla rejimi Elxanlılar sülaləsinin davamçılarından və qaşqay türklərinin məşhur xanı Qubadxan Bahadurinin nəvələrindən olan Xosrov Bahaduri Qaşqayini Şiraz şəhərində həbs edib.
Qaşqay türklərinin media qurumu “Baydaq”ın yaydığı məlumata görə, naməlum səbəblər üzündən həbs edilən Xosrov Bahadurinin ittihamı və harada saxlanılması barədə məlumat verilmir.
Qeyd edək ki, Qaşqay türkləri Güney Azərbaycan ərazilərindən körfəzə qədər ərazidə yaşayır və Güney Azərbaycanı körfəzə bağlayır. Keçmişdə Qaşqayyurd adlanan onların ərazisi irqçi fars rejim tərəfindən bir neçə vilayətə bölüşdürülüb. Sayları 4 milyon civarında olan qaşqay türkləri hazırda Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayırlar.