Bazar ertəsi , Fevral 9 2026
azfa

Molla rejimi Ramin Sultanməhəmmədi və Mina Əlixaninin 6 ay həbs və 76 şallaq zərbəsi qərarını icra edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəallar Ramin Sultanməhəmmədi və Mina Əlixanini 6 ay həbs və 76 şallaq zərbəsi qərarının icrası üçün çağırıb.

Rejimin Məhəmmədmehdi Məhəmmədinin sədrliyi ilə məhkəməsi Zəncan sakini olan alpinist və tur lideri azərbaycanlı fəal Ramin Sultanməhəmmədini ictimai asayişi pozmaqda ittiham edərək, bir il həbs və 76 şallaq cəzasına məhkum etmişdi.

Apellyasiya məhkəməsi isə qərarı təsdiq edərək, bir illik həbs cəzasının 6 ayını şərti həbs cəzası ilə əvəzləyib.

Ramin Sultanməhəmmədi və Mina Əlixaninin yaxınlarının məlumatına görə, rejim həmin iki fəalı 6 ay həbs və 76 şallaq zərbəsi qərarının icrası üçün çağırıb.

Həmçinin yoxlayın

“World Defence Show 2026”-da Azərbaycanın 180 adda hərbi məhsulu nümayiş olunur

GADTB: Azərbaycanın Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı …

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …