Cümə axşamı , İyun 11 2026
azfa

Molla rejimi Səməd Nəzmini Ərdəbildə həbs edib

GADTB: Güney Azərbaycan milli hərəkatının tanınmış fəallarından biri olan Səməd Nəzmi təxminən iki gün əvvəl İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbil şəhərində saxlanılıb.

Məlumata əsasən, saxlanılma heç bir məhkəmə qərarı təqdim edilmədən və konkret ittiham irəli sürülmədən həyata keçirilib. Hazırda Səməd Nəzminin harada saxlanıldığı və səhhətinin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Yerli mənbələr bildirir ki, təhlükəsizlik əməkdaşları Səməd Nəzmini zorakı şəkildə saxlayıblar. Bu hal İran hakimiyyətinin azərbaycanlı fəallara qarşı təhlükəsizlik yönümlü və repressiv yanaşmasının davam etdiyini bir daha göstərir.

Həmçinin yoxlayın

Türkiyədən Kipr razılaşmalarına qarşı təşəbbüslərə sərt etiraz

GADTB: Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr …

ABŞ və İran hücumlara baxmayaraq danışıqları davam etdirir

GADTB: Bu gün CNN telekanalı xəbər verir ki, ABŞ və İran gecə baş verən qarşılıqlı …