Şənbə , İyul 19 2025
azfa

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə basqın etməklə həbs edilib.

Evə daxil olan məmular azərbaycanlı fəalın ailə üzvlərini təhdid edərək onların mobil telefonlarını da müsadirə ediblər.

Səhər Məmizadənin ailəsi o həbs olunduqdan sonra bir neçə həftə onun taleyindən, sağlığından xəbərsiz olublar.

Lakin onların  davamlı tələblərdən sonra ona qısa bir ziyarətə icazə verilib. Bu zaman onun təkadamlıq kamerada, ağır fiziki və ruhi işgəncələr altında saxlandığı üzə çıxıb. Fəalın bədənində çoxlu yara izləri olduğu bildirilir.

Səhərin dediyinə görə, dindirmələr zamanı ondan etiraf ala bilmək üçün onu dar ağacına aparıblar.

Qeyd edək ki, 29 yaşlı Səhər Məmizzadə bundan əvvəl Tumac Salehini (etirazçı repçi) dəstəklədiyi və Məsud Pezeşekianın adını çəkdiyinə görə ötən ilin noyabrında onlayn etiraz fəaliyyətlərinə görə həbs edilmiş və zaminə buraxılmışdı.

Hələlik azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf

GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib …