GADTB:“Ermənistanda yaşayan iranlılar” «Teleqram» kanalı İrəvanda yerləşən Azərbaycanın tarixi memarlıq abidəsi haqqında yazıb: “İrəvanın Göy Məscidi “İranın incəsənət abidəsidir”.
Qeyd edək ki, Göy məscid İrəvanda azərbaycanlılara məxsus tarixi məsciddir. Belə ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Çar Rusiyası dövründə İrəvanda azərbaycanıların ibadət etdikləri 8 məsciddən biri idi.
Bununla yanaşı, ermənilər artıq illərdir ki, Azərbaycanın tarixi memarlıq abidəsini İranın mədəniyyət nümunəsi “fars məscidi” kimi qələmə verirlər./ Azad İran