GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Tibb Elmləri Universitetinin 8 öyrəncisini təhsildən məhrum edilərək başqa şəhərlərə sürgün cəzasına məhkum edib.
Öyrəncilərin sürgünə göndərilmısi ilə bağlı qərarı Universitetin İnzibat Komissiyası verib.
Məlumata görə, qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etdiklərinə görə onların 1 ildən 2 ilədək təhsillərini davam etdirməsinə qadağa qoyulub, Əhvaz, Simnan, Kaşan, Urmiya və Ərdəbil şəhərlərinə sürgün edilmələri barədə hökm çıxarılıb.