Şənbə , Dekabr 7 2024
azfa

Molla rejimi Təbriz və Binabda mazotdan istifadə etməklə ekoloji problemə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Binab şəhərlərində fəlaiyyət göstərən İstilik Elektrik Stansiyaları mazotdan istifadə üzündən hər iki şəhərdə ekoloji problemin davam etməsinə və hava çirkliliyinin artmasına səbəb olub.

Azərbaycanlı ekofəalların sözlərinə görə, vətəndaşların və ətraf mühit fəallarının İES-lərdə mazotdan istifadənin dayandırılması ilə bağlı müraciətlər cavabsız qalıb.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

Qeyd edək ki, iki gün əvvəl İran Prezidenti Məsud Pezeşkian Tehran, Kərəc və Ərak şəhərlərində İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadəni qadağan edən fərman imzalayıb.

Bu, Təbriz və Binab şəhərlərinin əhalisinin narazılığı ilə qarşılaşıb, onlar həmin qadağanın Azərbaycan şəhərlərində də tətbiq edilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …