Molla rejimi Təbrizdə azərbaycanlı öyrənci Puriya Fəridini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı öyrənci Puriya Fəridini həbs edib.

Təbrizin Azad Universitetinin idman fakültəsinin öyrəncisi Puriya Fəridi bazar günü rejimin məmurları tərəfindən həbs edilib.

Öyrəncinin bazar günü səhər saatlarında Təbrizdəki evinin qarşısında həbs olunduğu bildirilir. Onun vəziyyəti barədə heç bir məlumat verilməməsi ailənin ciddi narahatlığına səbəb olub.

Hələlik Puriya Fəridinin həbsinin səbəbləri və saxlanıldığı yer barədə dəqiq məlumat yoxdur.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …