Molla rejimi Təbrizdə çox sayda azərbaycanlı öyrəncini təhsildən məhrum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin bir sıra tələbələrini sosial şəbəkələrdə helikopter qəzasında həlak olmuş İbrahim Rəisi barədə paylaşım etdiklərinə görə universitetdən xaric edib.

Rejimin ETTELAAT qüvvələri həmin tələbələrin kimliyini müəyyən etmək üçün xüsusi əməliyyat qrupu yaradıb və növbəti mərhələdə telefon danışığı zamanı onların bir qismi ETTELAAT şöbəsinə, bir qismi isə universitetin dindirilmə otağına çağırılıb.

Təbriz Universitetində təhsildən məhrum edilən tələbələrindən biri deyib: “Dindirilmə ağır sözlər və hədələrlə meşahidə olunub. Tək mən deyildim, bir çox tələbələri belə dindirdilər”.

Həmçinin yoxlayın

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …

Amerika İranın əsas nüvə təsisatlarını bombalayıb

GADTB: Amerikanın bazar günü İranın 3 əsas nüvə obyektinə zərbələr endirib. ABŞ təyyarələr, eləcə də …