Cümə , Noyabr 15 2024
azfa

Molla rejimi Təbrizdə işçiləri seçki pyununda iştiraka məcbur edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Etthad-e Kargaran” saytı xəbər verir ki, bu gün İranda keçirilən parlament seçkilərində iştirak etmək üçün təbrizli işçilərə təzyiq göstərilib.

Bu haqda “Advin Plastik” zavodunun işçiləri sosial mediada paylaşım ediblər.

Onların sözlərinə görə, zavod rəhbərliyi işçilərdən Təbrizdən olan namizədlər Əlirza Munadi Sefidan və Nasir Pərniyana səs vermələrini, əks halda işdən qovulacaqları ilə təhdid olunduqlarını bildiriblər.

“Səs verdiyimizdən arxayın olmaq üçün adları çəkilən namizədlərə səs verməyimizi göstərən seçici bülleteni və şəxsiyyət vəsiqəmizin fotosunu çəkib göndərməyimizi tələb ediblər”,- deyə, paylaşımda qeyd olunub.

Həmçinin yoxlayın

Hakan Fidan: “Ahıska türklərinə dəstəyimizi davam etdirəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici işlər naziri Hakan Fidan dünyanın müxtəlif …

ABŞ əsgərləri Cənubi Kiprdəki bazada işlərini gücləndirdi

GADTB: ABŞ Cənubi Kipr Rum Administrasiyasının onlara verdiyi köhnə türk kəndi Taltlısuda (Mari) vertolyot bazası …