Molla rejimi Təbrizdə məcburi hicaba görə ənənəvi hotel bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin tarixi binalarından olan və hotel kimi fəaliyyət göstərən Sorxeyi hoteli məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlayıb.

Ənənəvi formada fəaliyyət göstərən Sorxeyi hoteli Təbrizdə yeganə tarixi hotel olub və bir neçə ay əvvəl Mədəni İrs Təşkilatı tərəfindən açılmışdı.

Qeyd edək ki, son aylar molla rejimi məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyətini dayandırıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …