Şənbə , Aprel 26 2025
azfa

Molla rejimi Təbrizdə Motojen fabrikində işləməyə ancaq kürdləri işə dəvət edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi kürdləri Azərbaycan şəhərlərinə çəkmək üçün min hoqqadan çıxır. Antitürk faşistlərinin idarə etdiyi Təbrizin Motojen zavodu işə götürdüyü fəhlələrin kürd olmasını şərt qoyub və Mahabad (Soyuqbulaq) şəhərində yaşayan insanlara üstünlük verildiyini açıq şəkildə elanında dərc edib.

İrçi fars-molla rejimi bu irqçi yanaşma ilə yanaşı, zavodun Təbrizdə satış nümayəndəliyi də yoxdur və öz məhsulunu bu şəhərdə sayışa çıxarmır, əgər təbrizli bir şəxs bu zavodun məhsulunu almaq istəsə, Tehrana getməli, məhsulu Tehrandan almalı və böyük xərclər hesabına mühərriki Təbrizə gətirməlidir.

İqtisadi faydalılıq və istehsal prosesinin əsas hissəsi olan məhsulun reallaşdırılmasının (məhsulun bazara çıxarılması) həyata keçirilməsi baxımından Təbriz işləyən bir zavodun öz məhsulunu Təbrizdə yox, Tehranda satışa çıxarması tamamilə məntiqsiz və gülüncdür.

Qeyd edək ki, irqçi fars-molla rejimi bu yolla Azərbaycan şəhərlərini kürdləşdirməyi və Azərbaycanla Türkiyə arasında kürdlərdən ivarət bufer zona yaratmağa çalışır.

Həmçinin yoxlayın

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə …

İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan …