Çərşənbə axşamı , May 21 2024
azfa

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə qadağa qoyub.

Futbol üzrə Liqa təşkilatı Şərqi Azərbaycan əyalətinin Futbol İdarəsinə məktub göndərərək, təhlükəsizlik və infrastruktur çatışmazlıqları aradan qaldırılana qədər bu stadionun qadın azarkeşləri qəbul edə bilməyəcəyini açıqlayıb.

Görünən odur ki, İranın təhlükəsizlik qurumları qadınların stadiona daxil olmasının qarşısını almaq üçün Futbol Liqası Təşkilatına təzyiq edib.  “Stadiondakı çatışmazlıqlar” dedikdə onun nədən ibarət olduğu, hansı infrastrukturların nəzərdə tutulduğu bilinmir.

Qeyd edək ki, bir müddət öncə Təbrizin Səhənd stadionunda yarışda xanımlar heç bir problem yaranmadan stadionda yarışı izləyiblər. Rejimi bununla yalan bəhanələrlə xanımların stadiona girişini yasaqlamaq istəyir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …