GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbriz şəhərinin mərkəzində yerləşən tarixi Gülüstan bağında uzun ömürlü ağaclar kəsilib, yaşıllıq zolağı məhv edir.
Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadrat metrini molla rejimin orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağı məhv edilir.
5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.
Bir sıra tarixi qaynaqlarda hazırkı Gülüstan bağının ərəblərin Azərbaycanı işğalından sonra Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə Xatunun Təbrizə səfəri zamanı salındığı yazılıb. 20-ci əsrin əvvəllərində yenidən park kimi istifadəyə verilən Gülüstan bağı bir çox siyasi və ictimai hadisələrin şahidi olub.
Burada Azərbaycan və Təbrizin siyasi, ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayan yığıncaqlar, mitinqlər keçirilib.
1961-ci ildə İranda qastrol səfərində olan Rəşid Behbudovun Gülüstan bağındakı konserti yaşlı təbrizlilərin yadında qalan ən əhəmiyyətli mədəni hadisələrdən biridir.