
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda davam edən dinc etiraz nümayişlərində 65-ü uşaq olmaqla, ən azı 475 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 595-i tələbə olmaqla, 18215 nəfərin saxlanıldığı, onlardan cəmi 3611 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilir.
Rejimi üstəlik bir çox gənci intihar etdirib və artıq dinc etirazçıların edamına da başlayıb.