Çərşənbə , Oktyabr 9 2024
azfa

Molla rejimi təkcə Qərbi Azərbaycan mədənlərindən ildə 947 min ton qızıl talayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanı müstəmləkə etmiş irqçi fars-molla rejimi təkcə Qərbi Azərbaycan mədənlərindən ildə 947 min ton qızıl talayıb aparır.

Qərbi Azərbaycan vilayətinin məsularının açıqladığı statistikalara görə, Qərbi Azərbaycan vilayətində 476 mədəndə 1 milyard 217 milyon ton mineral rezervasiyası mövcüddur.

Güney Azərbaycanın təkcə bu vilayətində illik hasilat gücü 16 milyon tondan çox olduğu bildirilsə də, vali bu rezervasiyadan vilayətə sadəcə statistikalarla qürur duymaq nəsib olduğunu irəli sürüb.

Qərbi Azərbaycan vilayətinin Sənaye və Mədənlər İdarəsinin sədri Rza Babayi bu vilayətin ölkənin 31 vilayəti arasında mədən müxtəlifliyi baxımından 3-cü yerdə olduğunu bildirib. Babayi Qərbi Azərbaycan vilayətini İranda mədənlər baxımından ən önəmli vilayətlər arasında olduğunu, ölkədə isə 68 növ mədəndən 51-nin Qərbi Azərbaycanda mövcüd olduğunu bəyan edib.

Babayinin İran mətbuatına verdiyi məlumatına görə, Qərbi Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 468 mədəndə 5 min nəfər işləməkdədir, vilayətdə aktiv olan mədənlərdən 3 qızıl mədənindən ildə 947 min ton qızıl mineralı və 535 min ton dekorativ daş istehsal olunur. Ayrıca qızıl mədənlərindən illik 600 kiloqram gümüş və 3 min kiloqram civə istehsal edilir.

Qərbi Azərbaycan vilayətinin Sənaye və Mədənlər İdarəsinin direktor yardımçısı Pərisa Abidpur Makı, Salmas, Sayınqala və Tikan təpə şəhərlərində yeni qızıl sahələrinin təsbit edildiyini bildirib və deyib ki, bu mədənlərin fəaliyyətə başlaması ilə Qərbi Azərbaycan vilayətinin dünya qızıl istehsalı sıralamasında yüksək yerdə duracağını ifadə edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi təkcə Qərbi Azərbaycanda deyil bütün Güney Azərbaycan vilayətlərinin mədənlərini talayıb və Güney Azərbaycana yalnız ekoloji fəlakət miras qoyur.  

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın