Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi Təbriz Tibb Elmləri Universitetinin 16 öyrəncisini məktəbliləri zəhərləməyə etiraz etdikləri üçün təhsil uzaqlaşdırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Tibb Elmləri Universitetinin 16 öyrəncisini martın 6-da məktəblilərin kütləvi şəkildə zəhərlənməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak etdikləri üçün təsildən uzaqlaşdırıb.

Molla rejiminin məktəblilərə terror əməlinə etiraz edən öyrəncilər kütləvi iğtişaşlar törətməkdə, etirazlarda iştirak etməkdə ittiham olunaraq, bu universitetin ilkin intizam şurası tərəfindən iki semestr təhsildən məhrum ediliblər. 

İki semestr təhsili dayandırılan bəzi tələbələr: 

Omid Zəhdi – stomatologiya ixtisasına daxil olan tələbə;

Mehran Süleymani – menecment  ixtisasına daxil olan tələbə;

İrfan Rabiei – əczaçılıq ixtisasına daxil olan tələbə;

Sina Tövhidi – əczaçılıq ixtisasına daxil olan tələbə;

Əli İsapur –  tibb bacısı ixtisasına daxil olan tələbə;

Şahin Dobstani – fizioterapiya ixtisasına daxil olan tələbə;

Piruz Rəhmanzadə tibb sahəsi ixtisasına daxil olan tələbə.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …