
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin “Entekhab” saytı yazıb ki, İran və Əfqanıstan arasında su hüquqları böhranı bölgənin ən çətin geosiyasi və ekoloji problemlərindən biridir və müxtəlif aspektlərdə hər iki ölkənin, eləcə də qonşu ölkələrin su, sosial və iqtisadi təhlükəsizliyinə geniş təsir göstərə bilər.
Bildirilib ki, Azərbaycan şirkəti “Taliban”a Əfqanıstanda Paşdan bəndinin tikintisinə gündə 18 saat çalışaraq tez bir vaxtda su doldurma mərhələsinə çatdırmağa kömək edib.
Sayt qərəzli iddia irəli sürüb ki, guya Azərbaycanın rolunu yalnız iqtisadi və infrastruktur töhfəsi kimi deyil, həm də İrana qarşı “sabitliyi pozan” bütöv bir sistem kimi qiymətləndirmək olar.
Sayt yazıb: “İrana təzyiq göstərilməsi yalnız Azərbaycanın Əfqanıstanla əməkdaşlığı ilə məhdudlaşmır. Əksinə, Əfqanıstanda bəndlərin tikintisinə yardımda əsas rolu İranın şimal-qərb, qərb və cənub-qərbini təhdid edən Türkiyə də oynayır… Türkiyə Əfqanıstanda yeni bəndləri istifadəyə verməklə bu ölkənin su ehtiyatlarına nəzarət edə, eyni zamanda bölgədə geosiyasi mövqeyini gücləndirə və öz siyasətinə arxalanaraq İranı mühasirəyə ala bilər…”.