Cümə , Sentyabr 13 2024
azfa

Molla rejimi tanınmış azərbaycanlı fəal Abbas Lisanini Yəzd şəhərinə sürgün edir

Azərbaycanlı milli fəal Abbas Lisani Yəzd şəhərində məcburi qalma cəzasını çəkmək üçün Ərdəbil Ədliyyə Xidmətləri İdarəsinə çağırılıb.

İran rejiminin məhkəmə qərarına əsasən aərbaycanlı milli fəal 2 il Yəzd şəhərində məcburi olaraq qalmalıdır.

Qeyd edək ki, Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəala “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşma yaratmaq” ittihamı ilə 15 il həbs cəzası və 2 il Yəzd şəhərinə sürgün cəzası verilib. Fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönmüşdü.

İranın Yəzd şəhərinə sürgün edilən Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi sürgün məhkumluğuna olmayacaq və öz doğma diyarına qayıdacağını bildirmişdi.

Lisani ailəsinə bildirmişdi ki, Yəzdə çatdırıldıqdan sonra məhkəməyə köçürülüb və məhkəmədə bildirib ki, Yəzdə qalmaq onun sağlıq durumuna kompensasiya olunmaz xəsarət yetirə bilər. Lakin hakim bildirib ki, onun qərarı dəyişmək ixtiyarı yoxdur və əsas qərarı İranın ETTELAAT İdarəsi verir. Ona görə də məni ETTELAAT-a qaytardılar. Orada isə hər gün həmin orqana müraciət edin barmaq izi verməklə sərbəst buraxılıb. ETTELAAT İdarəsindən çıxandan sonra isə Yəzdim Avtovağzalına gedərək Ərdəbilə hərəkət etmək istədiyini bildirmişdi.

Abbas Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu söyləmişdi.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …