GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Gülüstan əyalətinin (Güney Türkmənistan) Günbəd Kavus şəhərində türkmən fəalı həbs dib. Rejimin həmin şəhərdə İnqilab Prokurorluğuna çağırılan Tahir Sarlı burada həbs olunub.
Türkmən siyasi fəal yanvarın 17-də prokurorluğun istintaqı başlamaqla bir müddət öncə şəhərin mərkəzi zindanına salınıb.
Ona qarşı “ictimai fikri çaşdırmaq” yolu ilə “milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq” ittihamı elan olunub.
Qeyd edək ki, 48 yaşlı Tahir Sarlı Günbəd Kavus bölgəsinin Sarlı kəndinin sakinidir. O, Şahrud şəhəri Azad İslam Universitetinin bakalavr pilləsində tələbəsi olun.
Həmçinin Güney Azərbaycanın Zəngan Əyaləti Əbhər şəhərində həmin universitetin digər filialında tarix ixtisası üzrə magister pilləsini bitirib.