Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan türkcəsində olan “Gərus ata sözləri” kitabının nəşrinə icazə verməyib.

Kitabın müəllifi Xəlil Muxtari bu barədə məlumat verərək deyib ki, nazirliyin yerli nümayəndəliyi kitabın adının farsca olmasını, mətndə türk dili ifadəsi yerinə “azəri dili” sözünün yazılmasını tələb edib.

Muxtar Xəlili deyib: “Bicar Gərus bölgəsində yaşayan türklərin arasında işlədilən ata sözlərinin toplanmasına iki il vaxt qoydum, 2 min ata sözünü toplayıb kitab halına gətirdim. Kitabın redaktorluğunu tanınmış azərbaycanlı yazıçı və tədqiqatçı Əli Məhəmməd Bayati edib və çapa hazırlanmasına yardım edib. Ancaq İrşad və Mədəniyyət nazirliyi kitabın adının türkcə olduğunu və mətndə türk dili sözününün işlədilməsini bizə irad tutdu, kitaba farsca ad seçilməsi, “türk dili” sözünün “azəri dili” sözü ilə əvəzlənəcəyi təqdirdə çap icazəsi verilə biləcəyini bildirdi”.

Qeyd edək ki, Gərus (Bicar Gərus) tarixi Güney Azərbaycan ərazisidir və Azərbaycan ərazisi hesabına Kürdüstan vilayəti yaradılanda Kürdüstan əyalətinə qatılmışdır. Hazırda bura türklərin kompakt yaşadığı tarixi bölgədir. Bölgənin mərkəzi Bicar şəhərinin əhalisi təxminən 60 min nəfər civarındadır.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …