Bazar , Fevral 16 2025
azfa

Molla rejimi türkləri yarışda təhqir edən qadın tərəfdarları həbs etdiyini iddia edir

GADTB: Molla rejimi yanvarın 26-da Tehranın Azadi stadionunda “Traxtur” və “Perspolis” komandalarının oyunu zamanı azərbaycanlılara qarşı irqçı və təhqiramiz şüarlar səsləndirən iki qadını həbs etdiyini iddia edir.

Adları açıqlanmayan xanım azarkeşlərə qarşı cinayət işi açılıb.

Bildirilib ki, onların həbsi azərbaycanlı millət vəkillərinin hadisə ilə bağlı etirazları, xüsusən Təbrizin millət vəkili Rza Sədiqinin gənclər və idman naziri Əhməd Dünyamalı ilə görüşündən sonra baş verib.

Qeyd edək ki, yanvarın 26-da “Traxtur” və “Perspolis” klublarının qarşılaşması zamanı tehranlı azarkeşlər davamlı olaraq “Traktor” komandasının oyunçuları və azərbaycanlı azarkeşlərə qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cismlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Tarixi türk dövlət və imperatorluqları

GADTB: Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. …

İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır

GADTB: İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır Bunu Livanın Baş naziri Nəvaf …